SON XƏBƏRLƏR

Masallı rayonunun Viləş kəndində itin 3 nəfərə hücum etməsi və 47 yaşlı Ceyhun Fərəcovu parçalayaraq öldürməsi haqda məlumat vermişdik.

Heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov sosial şəbəkə hesabında itin məhv edildiyini bildirib. O, itin qanunsuz it döyüşlərində vəhşi hala gətirildiyi üçün insanlara hücum etdiyini söyləyib: “Bu ay Masallının Viləş kəndində sahibli it 3 nəfərə hücum edib. 47 yaşlı Ceyhun Fərəcov dünyasını dəyişib, digər 2 şəxs isə yaralanıb. Hadisəni sahibsiz itlərin üzərinə atmaq üçün mediaya yalan məlumat veriblər”.

N.İsmayılov iddia edir ki, sözügedən it Viləş kəndindən olan polis əməkdaşı Rövşən Ələmova məxsus olub, hadisədən sonra isə iti öldürüblər.

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdiklərini bildirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı bildirib ki, iddialar həqiqətə uyğun deyil: “Adıçəkilən vətəndaş Rövşən Ələmov polis əməkdaşı deyil. İtlərin öldürülməsi ilə bağlı informasiya yanlışdır. Hazırda həmin itlər baytar nəzarəti altında saxlanılır. C.Fərəcovun ölüm faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır”.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,