Masallıda polis əməkdaşları rayon sakinini narkotikə görə saxlayıblar. Bu haqda bu gün, 21 fevral tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abdullayevdən 9 kq 350 qr heroin, 995 qr metamfetamin və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.