SON XƏBƏRLƏR

Masallı sakinində psixotrop maddə aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.

Belə ki, Yardımlı rayonunun Arus kəndində anadan olan, hazırda Masallı rayonunun Həsənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Ruslan Abıyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Abıyevin üzərində şəxsi axtarış keçirilən zaman şalvarının arxa cibindən 4 ədəd hazır bükümlərdə qablaşdırılmış ümumi təmiz çəkisi 7,613 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə ilkin həbs qətimkan tədbiri seçilib.