SON XƏBƏRLƏR

Masallı sakininin törətdiyi qəza nəticəsində qadın dünyasını dəyişib. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Hadisə Sumqayıt şəhərində baş verib. Yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılıb.

Araşdırma aparılır.