SON XƏBƏRLƏR

Masallıda quldurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində DİN-ə istinadən verir.

Belə ki, Masallı Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini İ.Bayramovun bıçaqla hədələnib mobil telefonunun alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Eynullayev saxlanılıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.