Masallı sakini Bakıda oğurluq əməli törədib. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Bakı şəhərinin Nəsimi rayonu ərazisində evlərin birindən mobil telefon və 2 ədəd avtomobil açarı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini V.Qənbərov, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Orucov və Culfa rayon sakini, əvvəllər məhkum olunmuş K.Hüseynli saxlanılıblar. Şəxsi axtarış zamanı K.Hüseynlidən heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.