SON XƏBƏRLƏR

Masallı rayon sakini narkotik təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.

Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.