SON XƏBƏRLƏR

Masallı rayon sakini Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edib. Bu haqda Cenublu.az bu gün, 1 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Şahmarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.