Masallıda 36 yaşlı qadın evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Bu haqda bu gün, 30 yanvar tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Ərkivan qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızından yanvarın 24-ü saat 16 radələrindən xəbər alınmayıb.
Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinin 025-215-3942 telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.