SON XƏBƏRLƏR

Masallıda Təzə Alvadı kənd sakininin yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az xəbər verir.

Sədaqət Səfərovanın və həyat yoldaşı Gülağa Bəndəliyevin arasında mübahisə yaranıb. Nəticədə Gülağa Bəndəliyevin Səfərovanı qətlə yetirməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.