Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.