SON XƏBƏRLƏR

Masallı rayon sakini Bakıda yerləşən şadlıq saraylarının birində içərisində 1000 ABŞ dolları olan qadın cüzdanını oğurlayıb. Bu haqda məlumat Daxili işlər Nazirliyindən Cenublu.az-a bu gün, 21 noyabr tarixində verilib.

Belə ki, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.