SON XƏBƏRLƏR

Masallı sakini bacısının ərinə xəsarət yetirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində Olke.az-a istinadən verir.

44 yaşlı Coşqun Namiq oğlu Mahmudov bacısının əri Cavid Möhübbət oğlu Qurbanova şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlindəki fincanla qəsdən baş nahiyəsinə vuraraq xəsarətlər yetirib.

Faktla bağlı CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Çoşqun Mahmudov şübhəli şəxs qismində tutulub.