SON XƏBƏRLƏR

Masallı rayonundan olan şəhidlər Cəbrayıl Qasımov və Elmir Akifzadənin anım mərasimləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Anım mərasimlərində YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid ailələri, qazilər, sahibkarlar, din xadimləri,  jurnalistlər və sakinlər iştirak ediblər.

Qonaqlar şəhid ailələrinin qayğıları ilə maraqlanıblar və hər zaman onların yanında olduqlarını bildiriblər.