SON XƏBƏRLƏR

Masallıda şəhid Elvin Əfrail oğlu Əzizovun və Elgün Aqil oğlu Mikayıllının anım mərasimləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Masallı rayon İcra hakimiyyətinə istinadən verir.

Belə ki, rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun və Xıl kəndində şəhid Elgün Mikayıllının anım mərasimləri keçirilib.

Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

Şəhidlərimizin ailələrini ziyarət edən icra başçısı ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildirib.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda