SON XƏBƏRLƏR

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi, baş leytenant Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində Masallı Xəbərləri-nə istinadən verir.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​ SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər.

Şəhid ailəsini ziyarət edən icra başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıblar və hər zaman onların yanında olduqlarını bildiriblər.