SON XƏBƏRLƏR

Masallıda şəhid qardaşların ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində Azertac-a istinadən verir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra aparatının nümayəndələri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iki şəhid qardaşın – Aprel şəhidi Nurlan Əsgərlinin və Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ailəsini Viləş kəndində, yaşadığı evdə ziyarət ediblər.

Qonaqlar şəhidlərin ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan şanlı ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda