SON XƏBƏRLƏR

Masallıda şəhid Niyaməddin Sultanzadənin adına olan bulağın inşası sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.

Qeyd edək ki, Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. Şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. O, Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.

Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında iştirak edib. 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci ildə torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.