SON XƏBƏRLƏR

Masallı rayonunun Təklə kəndindən olan​ 44 günlük Vətən müharibəsinin şəhidi, əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər​ sakinləri və media nümayəndələri iştirak ediblər.

Mərasimin sonunda şəhid Məmmədağa Həsənağa oğlu Bağırovun adına tikilmiş bulağın açılışı olub.

Qeyd edək ki, şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.