SON XƏBƏRLƏR

Masallıda Vətən müharibəsi şəhidi əsgər Şahbazov Kənan Natiq oğlunun ordeni ailəsinə təqdim edilib. Bu haqda məlumat bu gün, 19 avqust tarixində sosial şəbəkələrdə paylaşılıb.

Rayonun Çaxırlı kəndindən olan Kənan Şahbazov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Onun ordeni Hərbi hissənin nümayəndələri və kənd rəhbərliyinin iştirakı ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən şəhidimizin anasına təqdim edilib.

Sonda Kənan Şahbazovun xatirəsi yad edilib.