SON XƏBƏRLƏR

Masallıda fəxrimiz İntiqam Abbasovun şəhadət günü ilə əlaqədar tədbir keçiriləcək. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az Masallı Rayon Köçəkli Məktəbinə istinadən xəbər verir.

29 sentyabr tarixində baş tutacaq tədbir “Şəhidlər” abidə kompleksində təşkil olunacaq. Görüşdən sonra Masallı rayonu Köçəkli məscidində şəhidimizin adına ehsan veriləcək.

İntiqam Abbasov 21 sentyabr 1978-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

İntiqam sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köçəkli kəndində dəfn edilib.

Ailəli olan İntiqam Abbasovun bir oğlu və bir qızı yadigar qalıb.

İgidimiz ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.