SON XƏBƏRLƏR

Masallıdan olan şəhid Əlisa Arif oğlu Əliyevin anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkilləri: Anar İsgəndərov, Məşhur Məmmədov, Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, Əlisa Əliyev Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda