SON XƏBƏRLƏR

Masallı rayonunun Çaxırlı kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,  44 günlük Vətən müharibəsinin şəhidi Ağayev Ağamalı Şamil oğlunun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Ağamalı Ağayevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildiriblər.