Masallıda Novruz bayramının gəlişi ilə əlaqədar şəhərdə təmizlik işləri görülür. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Masallı rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Masallı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirib.
Belə ki, kollektiv şəhərin mərkəzi prospekt və küçələrinin kənarlarını məişət tullantılarından təmizləyir, ağacların diblərini belləyir, bordürləri rəngləyir və şəhərin bəzədilməsi ilə məşğul olur.