Masallı şəhərində abadlıq-quruculuq işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Belə ki, şəhərin Qarabağ küçəsində 8, 9, 10, 15 nömrəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənib, binaların qarşı hissəsindəki qanunazid, yöndəmsiz tikililər, su çənləri, paltar asılqanları sökülərək, ərazi tullantılardan təmizlənib. Binaların qarşı tərəfindəki yolla yaşıllıq sahəsini ayırmaq məqsədilə bordürlər düzülüb. Ərazidə köhnə kanalizasiya quyuları ləğv edilərək yeni xətlərə birləşdirilib.
Qarabağ küçəsində 2, 8, 15 nömrəli yaşayış evlərinin hər birinin giriş bloklarının divarları suvaq işlərindən sonra rənglənib.
Həmçinin yaşayış binalarında pilləkən marşlarının, metal məhəccərlərin təmiri, hər blok üzrə dama və zirzəmilərə giriş-çıxış qapılarının, hər mərtəbəyə sensor işıqların quraşdırılması nəzərdə tutulub.
Şəhər ərazi nümayəndəliyindən verilən məlumatda bildirilir ki, çoxmənzilli binaların qarşısında abad məhəllənin salınması nəzərdə tutulub ki, burada sakinlərin istirahəti üçün minifutbol meydançası, idman-əyləncə qurğuları, dayanacaqlar, söhbətgah, maşın dayanacaq yerləri yaradılacaq. Ərazidə yaşıllıq salınacaq, piyada səkiləri qurulacaq.