SON XƏBƏRLƏR

Masallı şəhəri Dəfnə məktəb-liseyinə 2023-2024-cü təhsil ilindən etibarən ibtidai siniflərin qəbulunun dayandırılması valideynlərin etirazına səbəb olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Masallı Xəbərlərinə istinadən verir.

Qərara etiraz edən valideynlər bildiriblər ki, Elm və Təhsil Nazirliyinə yazılı müraciət etmək məqsədilə imza toplama aksiyası keçirəcəklər.

Məsələ ilə bağlı Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov bildirib ki, bağlanılan ibtidai siniflərin şagirdləri şəhərin 1, 2 və 3 nömrəli məktəblərinə yerləşdiriləcəklər. Həmçinin o bildirib ki, ölkənin dörd bir yanında istedadlı şagirdlərin seçilməsi, olimpiada mərkəzlərinin yaradılması və olimpiada nailiyyətlərinin artırılması məqsədilə islahatlar aparılır. Liseylərin yaradılması da bu addımlardan biridir. Dəfnə məktəb-liseyi üzərindəki əsas məqsəd də oranın liseyə çevrilməsi və olimpiada mərkəzinin yaradılmasıdır.