SON XƏBƏRLƏR

Masallıda şəhər məktəbləri arasında keçirilən intellektual bilik yarışının qalibləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Şuşa ili və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş yarışma şəhər 4 nömrəli tam orta məktəbdə baş tutub. Yarışda şəhər məktəbləri üzrə ümumilikdə 8 komanda iştirak edib.

3 turdan ibarət gərgin mübarizənin sonunda:

  • I yerə – N. Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəb;
  • II yerə – N. Əsgərli adına şəhər 3 saylı tam orta məktəb;
  • III yerə – “Dəfinə” məktəb-liseyi layiq görülüb.

Yekunda digər komandalara da iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda