SON XƏBƏRLƏR

Masallıda şəhər İ.Əsgərli adına 3 nömrəli tam orta məktəbdə azyaşlı şagirdin həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair videogörüntü yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi açıqlama verib:

“Döyüldüyü iddia edilən Bayramov Sənan həmin məktəbin 6-cı sinfində təhsil alır. Araşdırma zamanı S.Bayramovun 19.04.2023-cü il tarixində tənəffüs zamanı sinif yoldaşı ilə dalaşdığı məlum olmuşdur.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə müvafiq söhbət aparmışdır. Aparılan söhbət zamanı hər iki şagird səhvlərini anladığını və artıq barışdığını bildirmişdir. Məktəb rəhbərliyi həmin şagirdlər arasında əvvəllər heç bir mübahisənin baş vermədiyini bildirmişdir”.

Qeyd edək ki, S.Bayramovun döyülməsi ilə bağlı valideynləri tərəfindən məktəb rəhbərliyinə müraciət daxil olmayıb.