SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illiyi yubileyi münasibətilə Masallı şəhər Heydər Əliyev Mərkəzində yeni tikilmiş akt zalının açılış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, deputatlar – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, Anar İsgəndərov, Cavanşir Paşazadə, Musa Qasımlı, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov, ictimaiyyət və media nümayəndələri iştirak edərək yeni, genişləndirilmiş akt zalı ilə tanış olublar.

Qeyd edək ki, akt zalı Heydər Əliyev Fondunun təşəbbüsü, deputat Məşhur Məmmədovun maliyyə dəstəyi ilə inşa olunub.