Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və rayon sahibkarlarının maliyyə dəstəyi ilə yeni inşa edilmiş 140 yerlik Masallı şəhər 4 saylı körpələr evi – uşaq bağçasının açılış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Tahir Mirkişili, Məşhur Məmmədov, Musa Qasımlı, Heydər Əliyev Fondunun əməkdaşı Ceyhun Aslanov, Masallı şəhər 4 saylı körpələr evi – uşaq bağçasının tərbiyəçisi Rəhimə Şahmirzəyeva və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçıları binada yaradılmış şəraitlə tanış olublar.