SON XƏBƏRLƏR

Masallı rayonunda yerləşən “İlqar plaza” şadlıq sarayında soyğunçuluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Belə ki, naməlum şəxs 50 yaşlı Əlövsət Əhmədova hücum edərək, onun 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət olunub, araşdırma aparılır.