SON XƏBƏRLƏR

Masallının Rüdəkənar kəndində həkim məntəqəsi qəzalı vəziyyətdədir, apteki isə yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində Apa.az-a istinadən verir.

Kənd sakinləri məcbur olaraq müalicə üçün və dərman almağa 30 km aralıda yerləşən rayon mərkəzinə və ya başqa kəndlərə üz tuturlar.

30 ildən artıq fəaliyyat göstərən həkim məntəqəsinin üstündəki şiferləri demək olar ki, yoxdur. Yağış yağanda su məntəqənin içərisinə dolur, – sakinlərdən biri deyir.

Tibb məntəqəsinin müdiri Təranə Əliyeva bildirir ki, məntəqə bələdiyyə binasında yerləşir və buna görə Masallı rayon xəstəxanasının balansında deyil.

Qeyd edək ki, Masallı rayonunun Rüdəkənar kəndindəki həkim məntəqəsinin tibbi heyəti 3 nəfərdən ibarətdir və 1500-dən çox əhaliyə xidmət edir.

Apa.az
Apa.az
Apa.az
Apa.az