SON XƏBƏRLƏR

Masallıda İcra Hakimiyyətinin əməkdaşları şəhid məzarlarını ziyarət edib və ailələrinin evlərində olublar. Bu haqda bu gün, 17 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Belə ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən I Qarabağ müharibəsi şəhidi Əliyev Emin Adil oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub, Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhid İsmayılov Ərzuman Əlizamin oğlunun məzarı doğum günü münasibətilə ziyarət olunub.