Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın tutduğu vəzifədən azad olunub. Bu haqda Cenublu.az bu gün, 17 may tarixində xəbər verir.
Belə ki, Aybəniz Qafarova işdən azad olunması üçün ərizə ilə müraciət edib. İcra başçısı Araz Əhmədov onun işdən azad olunması barədə müvafiq sərəncamı artıq imzalayıb.
Qeyd edək ki, Aybəniz Qafarova müavin vəzifəsinə təyinatına qədər rayonun Xıl kənd tam orta məktəbinin direktoru olub.