SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Xırmandalı ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

İlk öncə Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov 23 avqust 2022-ci il tarixində Xırmandalı ərazisində rayon rəhbərinin sakinlərlə görüşü zamanı onların etdikləri müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verib.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.

Masallı icra görüş
Masallı RİH