SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vakant olan yerlərlə bağlı müvafiq sərəncamlar imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində verir.

Belə ki:

  • Əlinağıyev Ramiz Məmmədəli oğlu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsindən azad edilərək vakant olan Yeyənkənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunub. Yavərov Yaşar Sənan oğlu isə Yeyənkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyinat alıb.
  • Tağıyev Xəzər İsmayıl oğlu Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsindən azad edilərək vakant olan Göyəçol Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə təyin olunub.
  • Təhməzov Səməndər Orucəli oğlu Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsindən azad edilərək Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunub.
  • Əkbərov Şahmar Qismət oğlu Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək Çaxırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin olunub. Rayon rəhbərinin digər Sərəncamı ilə Fətullayev Canəli İsrail oğlu vakant olan Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.
  • Abbaszadə Məmməd Dadaş oğlu Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək, vakant olan Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunub. Rayon rəhbərinin digər Sərəncamı ilə İbrahimov Rasim Ramiz oğlu Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.
  • Kərimov Şəmşir Həsrət oğlu vakant olan Qarğalıq Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyinat alıb.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə