SON XƏBƏRLƏR

Masallı rayonunun Qasımlı kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu və ona bitişik, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Tövlənin, köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.