SON XƏBƏRLƏR

Masallı rayonunda Ələt – Astara ipək yolunun çiyin hissəsində Zeytun tingləri əkilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində Masallı Xəbərləri-nə istinadən verir.

Belə ki, qeyd olunan ərazidə 1450 ədəd zeytun tingi əkilib. Tinglərin əkilməsində rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, İcra Hakimiyyətinin əməkdaşları, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi və əməkdaşları, media nümayəndələri iştirak ediblər. Əlavə olaraq, sınaq məqsədilə 20 ədəd badam tingi də əkilib.

Qeyd edək ki, tinglərin əkilməsi rayon İcra Hakimiyyəti başçısının və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Viləşçay Su Anbarı İstismarı İdarəsinin təşəbbüsü ilə həyata keçirilib.