SON XƏBƏRLƏR

Masallıda yağan yağışların küçələrdən təmizlənməsi məqsədilə fəaliyyət göstərən kanallarda optimallaşdırma işləri görülür. Bu haqda bu gün, 30 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Rayonun Qodman ərazisində suaparıcı kanallar təmizlənir. Həmçinin Xırmandalı ərazi nümayəndəliyinin daxili imkanları hesabına Xırmandalı kəndində ümumi uzunluğu 240 metr olan suaparıcı arxlarda təmizləmə işləri görülüb, keçidlərə 6 ədəd 3 metrlik borular atılıb.

Yeyənkənd kəndindəki suaparıcı kanalın isə bir hissəsi bərpa olunub.