SON XƏBƏRLƏR

Masallı rayonunda yanğın baş verib. Cenublu.az bu barədə 28 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə Qızılağac kəndində qeydə alınıb. Nəticədə ümumi sahəsi 40 kv.m olan talvarın 20 kv.m sahədə taxta atmaları və altına yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb.

Əraziyə FHN əməkdaşları cəlb olunublar. Alovun qarşısını almaq mümkün olub. Talvarın və ot bağlamalarının qalan hissəsi mühafizə olunub.