Masallı rayon sakinindən 12 kiloqrama yaxın narkotik vasitələr aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verir.
Əməliyyat Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. O.Allahverdiyevdən ümumilikdə 5 kiloqram 820 qram narkotik vasitə, o cümlədən 1 kiloqram 935 qram tiryək, 3 kiloqram 885 qram marixuana və 100 ədəd metadon həbi, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovadan isə 1 kiloqram 260 qram marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.