SON XƏBƏRLƏR

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Yusubovdan heroin və 1 ədəd bıçaq götürülüb.