SON XƏBƏRLƏR

Masallı rayonunun Mahmudavar kəndindəki evlərin birində ev sahibinin 730 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Daxili İşlər Naziriyinə istinadən verir.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.