Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Hacı Həsən Abdullayev dünyasını dəyişib.
Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən, 30 yaşından Masallı Mərkəzi Xəstəxanasının baş həkimi olan və 10 il bu vəzifədə çalışan Həsən Abdullayev 82 yaşında haqq dünyasına qovuşub.