Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.
Belə ki, baş həkim Eşqin Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. O, pasiyentlərdən rüşvət aldığına görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeyd edək ki, Eşqin Əliyev qeyd olunan vəzifəyə bu ilin fevral ayında təyinat alıb.