SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.

O, son iki ildə artıq 3-cü baş həkimdir ki, vəzifəsindən qalmaqallı şəkildə kənarlaşdırılır.

2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.

Daha sonra baş həkim təyin edilən Rasim Əzizovun marketlərin birindən oğurluq edərkən çəkilən videoları sosial şəbəkələrdə yayılıb. Bundan sonra o, işdən çıxarılıb.

Eşqin Əliyev isə təyinatdan 1 il sonra korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.