SON XƏBƏRLƏR

Yeni bağça Masallı şəhərinin Qarabağ küçəsində inşa edilir. Tikinti bu ilin may ayında başlanılıb. Ərkivan qəsəbəsində isə uşaq bağçasının inşası 2020-ci ilin avqust ayında başlayıb.
Hər iki baxçada usaqların təlim-tərbiyəsi və səmərəli istifadəsi üçün müasir şəraitlər yaradılacaq.

Şəhərdə tikilən 2 mərtəbəli 4 saylı usaq-tərbiyə müəssisəsi 140 yerlik olacaq. Ərkivan qəsəbəsində inşa edilən bağça isə 100 yerlik olacaq.

Müəssisələr Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova tərəfindən inşa olunur.

Ərkivanda ilk uşaq bağçası 1985-ci ildə tikilib. Bağça 100 uşaq üçün nəzərdə tutulmuşdur, orada 4 qrup fəaliyyət göstərirdi. Daha sonra, 1992-1993-cü illərindən binanın bir hissəsi məcburi köçkünləri yerləşdirmək üçün ayrılmışdır. Bu gün, Ərkivanın 17500 əhalisi olmağına baxmayaraq, bağça yalnız 40 uşaq qəbul edə bilir.