SON XƏBƏRLƏR

Masallı rayonu, Təzəkənd kəndinin körpüsünün qəzalı vəziyyətdə olması və aidiyyəti qurumların məsələni həll etməməsi haqda izləyicimizdən bizə şikayət daxil olmuşdur.

Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti bildirib ki, sözügedən video yay aylarında çəkilib.

“Məsələ tərəfimizdən araşdırılıb və məlum olub ki, vətəndaşlar tərəfindən bununla bağlı nə ərazi nümayəndəliyinə, nə bələdiyyəyə rəsmi müraciət daxil olmamışdır. Buna baxmayaraq, Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları və kənd ağsaqqalları tərəfindən həmin əraziyə baxış keçirilmiş və bu cür halın mövcud olmadığı aşkar edilmişdir”.