SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinə yeni təyinat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində verir.

Tohid Əlihüseyn oğlu Hüseynov Masallı rayon İcra Hakimiyyəti aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Tohid Hüseynov 20 dekabr 1982-ci ildə Masallıda anadan olub. Lənkəran Dövlət Universitetinin məzunudur.