SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyəti dövlət qulluğu vəzifələrini tutmaq üçün daxili müsabiqə elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində Masallı RİH-yə istinadən verir.

Belə ki, vakansiyalar aşağıdakı vəzifələr üzrə elan olunub:

  1. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
  2. Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə;
  3. Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə;
  4. Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndə;
  5. Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə;
  6. Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə;
  7. Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən ali təhsilli mütəxəssislər RİHB-nin Dövlət Qulluğuna qəbul üzrə komissiyasına müraciət edə bilərlər. Müsabiqə zamanı rayonun həmin ərazisində yaşayan namizədlərə üstünlük veriləcək.

Əlaqə telefonu: (025) 215-23-72.

Elektron poçt: [email protected].

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər